Google Assistant

Google Assistant
Loqonun şəkli
Müəllif Google
Tərtibatçı Google
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Wear OS, Android Auto, Google Chrome
Yayımlanma tarixi may 2016
Platforma Wear OS, Android Auto, Google Chrome
Sonuncu versiya
  • 0.1.601924805[1]
Sayt assistant.google.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google AssistantGoogle tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir.[2]

Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı.

2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər.

İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.

CES 2018 sərgisində ilk Assistant ilə işləyən smart displeylər (video ekranlı Ağıllı dinamiklər) elan edildi və ilk versiyası 2018-ci ilin iyulunda buraxıldı.[3] 2020-ci ildə Google Assistant artıq 1 milyarddan çox cihazda quraşdırılmışdı.[4] Google Assistant 90-dan çox ölkədə və 30-dan çox dildə mövcuddur[5] və aylıq 500 milyondan çox istifadəçi tərəfindən istifadə olunur.[6]

  1. Google Assistant.
  2. The future is AI, and Google just showed Apple how it's done Arxivləşdirilib noyabr 8, 2020, at the Wayback Machine Published October 5, 2016, Retrieved July 5, 2018
  3. Bohn, Dieter. "Google is introducing a new Smart Display platform". The Verge. Vox Media. January 8, 2018. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2018.
  4. "Google Assistant is already available on more than 1 billion devices" (ingilis). January 7, 2020. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2020.
  5. Ben, Hannes, "The Future of Voice Commerce and Localisation" Arxivləşdirilib oktyabr 20, 2020, at the Wayback Machine, Locaria, February 20, 2020
  6. "A more helpful Google Assistant for your every day". Google (ingilis). January 7, 2020. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2020.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search